Dünya futbolu
“Fiorentina” Astorinin 13 nömrəli formasını əbədiləşdirdi
İtaliyanın “Fiorentina” klubu bir neçə gün …
İtaliyanın “Fiorentina” klubu bir neçə gün öncə gözlənilmədən vəfat etmiş kapitanı David Astori ilə bağlı bəzi qərarlar qəbul edib.
Futbolinfo.az xəbər verir ki, Astori bir həftə sonra “Fiorentina” ilə yeni 3 illik müqavilə bağlamalı idi. Klub rəhbərliyi qərara alıb ki, bağlanmamış həmin müqavilədən futbolçuya çatacaq vəsait onun ailəsinə ödənilsin.
Pul onun həyat yoldaşı Françeska ilə qızı Vittoriyə ödəniləcək. Astorinin “Fiorentina”da illik məvacibi 1,3 milyon avro təşkil edirdi.
Digər bir qərara əsasən, “Fiorentina” Astorinin geyindiyi 13 nömrəli formanı əbədiləşdirib. İtaliyalı futbolçunun vaxtilə şərəfini qoruduğu “Kalyari” də oxşar qərar qəbul edib. O, bu klubda da məhz 13 nömrəli forma altında çıxış edib.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Premyer-liqa2024-05-11 18:55
“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var
- Digər idman növləri2024-05-11 15:30
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər