Milli komanda
Millimiz Fransaya qarşı
Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avr…
Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində ilk oyununu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, saat 13:30-da başlayacaq oyunda komandamız fransalı həmyaşıdları ilə qarşılaşacaq.
Xatırladaq ki, millimizin yer aldığı qrupun oyunları Finlandiyada keçirilir. Qrupda millimiz və Fransa yığmasından başqa, Belçika və Finlandiya seçmə komandaları da mübarizə aparır.
AÇ-nin seçmə mərhələsi
Elit-raund
4 aprel
13:30 Fransa – Azərbaycan
Baş hakim: Rebekka Velç (İngiltərə)
Baş hakimin köməkçiləri: Helen Birne (İngiltərə), Lotta Vuorio (Finlandiya)
Dördüncü hakim: Hanna Kapiainen (Finlandiya)