Premyer-liqa
AFFA-dan Diniyevlə Meza Kolliyə 3 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Qarabağ” – “Keşlə” matçının 60-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Coşqun Diniyev və “Keşlə”nin futbolçusu Sezar Meza Kolli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 3 oyunluq cəzalanıb, klubları 2400 manat cərimə olunub. Futbolçulara verilmiş 3 oyun cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacaqları təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.