Əvəzedicilər
“Qəbələ”nin baş məşqçisi 1 oyunluq cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyinin 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Qəbələ” – “Sumqayıt” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
“Qəbələ”nin baş məşqçisi Emin İmaməliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.