I Liqa
“Zaqatala”nın 2 oyunçusu cəzalandırıldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Sabah” – “Zaqatala” matçının 45-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Roini İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.
“Zaqatala”nın futbolçusu Nəsib Əliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.