Ölkə futbolu
“Kəpəz” Gəncəyə yollandı
Topaz Premyer Liqasının 22-ci turunda evdə "Keşlə"ni q?…
Topaz Premyer Liqasının 22-ci turunda evdə "Keşlə"ni qəbul edəcək "Kəpəz" Gəncəyə yollanıb.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən Bakıda hazırlaşan "sarı-göylər" bu gün doğma stadionunda məşqə çıxıb. Sabahkı hazırlıq prosesi Şəmkir Olimpiya İdman Kompleksində baş tutacaq.
Komandanın oyundan öncəki son məşqi isə öz meydanında olacaq. Çalışmalar mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyacaq.