Dünya futbolu
Dadaşov qol vurdu, komandası darmadağına sevindi
Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 24-c&…
Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 24-cü turdan təxirə salınmış oyunlar keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Noyştrelits”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının ikinci qolunu da futbolçumuz vurub. Belə ki, o, 74-cı dəqiqədə hesabı 2:0 edib.
Rüfət bu görüşdə fərqlənməklə həm də cari mövsümdə vurduğu qolların sayını 23-ə çatdırıb.
"Dinamo" hazırda 49 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.