Milli komanda
Millimiz UEFA İnkişaf turnirində iştirak edəcək
16 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası aprelin…
16 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası aprelin 17-dən 22-dək Bosniya və Herseqovinada UEFA İnkişaf turnirində iştirak edəcək.
Futbolinfo.az xəbər verir ki, komandamız Makedoniya, Xorvatiya, eləcə də meydan sahibi Bosniya və Herseqovina ilə qarşılaşacaq.
Oyunların təqvimini diqqətinizə çatdırırıq:
18 aprel. Saat 10:30
Azərbaycan – Makedoniya
20 aprel. Saat 14:00
Xorvatiya – Azərbaycan
22 aprel. Saat 10:30
Azərbaycan – Bosniya və Herseqovina