Dünya futbolu
Eddi İsrafilov oynamadı, komandası evdə uduzdu
Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 34-cü …
Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 34-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun yeni komandası “Alkorkon” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Numansiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Eddi bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.
“Alkorkon" geridə qalan turlarda 41 xal toplayıb və hazırda 22 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.