Dünya futbolu
Tural ehtiyatda qaldı, komandası yenə uduzdu
Futbol üzrə Çernoqoriya çempionatında 28-ci turun…
Futbol üzrə Çernoqoriya çempionatında 28-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun bu qış transfer olunduğu “Deçiç” klubu da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Zeta” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Tural bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Deçiç” geridə qalan turlarda cəmi 20 xal toplayıb və 10 iştirakçı arasında sonuncudu.