Bizi izləyin

Ölkə futbolu

Anar Nəzirov: “Dolları ilk dəfə idi görürdüm”

Topaz Premyer Liqanın 22-ci turunda 200-cü oyununu keçir?…

blank

Topaz Premyer Liqanın 22-ci turunda 200-cü oyununu keçirən “Zirə”nin kapitanı Anar Nəzirov futbola gəlişi barədə maraqlı açıqlama verib. 

Futbolinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqasının “Facebook" səhifəsinə danışan mllimizin qapıçısı maraqlı fikirlər səsləndirib: 

“2004-cü ilin iyun ayı idi. “Gəncə” Şahin Diniyevin rəhbərliyi altında Qaxa təlim-məşq toplanışına gəlmişdi. O vaxt stadion bizə yaxın idi, bütün kənd uşaqları kimi biz də gedib orda top dalınca qaçırdıq. Adi günlərdən biri idi, işlədiyim kafedə idim. Dostum zəng etdi ki, “Gəncə” Qaxda məşq edir, gedək onların məşqinə baxaq, sonra özümüz məşq edərik. Həmin gün “Gəncə” ikitərəfli oyun oynadı. Bilmirəm, nə sirri-xudadır, həmin gün “Gəncə”nin qapıçısı Tariyel Hüseynov hansısa problemlə bağlı şəhərə qayıdası olmuşdu. Deyəsən, pasportunu yeniləmək üçün getmişdi. İkitərəfli oyun vaxtı “Gəncə”nin qapıçılarla üzrə məşqçisi "çərçivə"yə keçəsi oldu. Bu vaxt kimsə Şahin müəllimə dedi ki, kənarda bir uşaq var, boyu-buxunu pis deyil, bəlkə onu qapıya qoyaq? Mən də uşaqlarla oynayanda qapıda durmuşdum, az-çox top tuta bilirdim.  Şahin müəllim məni işarə ilə çağırdı, dedi ki, neçə yaşın var. Dedim ki, 19. İndiki kimi yadımdadı, Şahin müəllim qayıtdı ki, 19 yoxsa, 29. Cavabımı təkraralayıb qapıya keçdim. Allah mənə güc verdi, hər şey yaxşı qurtardı. Yeni mühit, heç kimi tanımıram, heç kimlə münasibətim yoxdu. Oyun bitdi, mən də üst-başımı çırpıb təmizlədim, yola düzəldim. Birdən dedilər ki, məşqçi səni çağırır. Şahin Diniyev məndən soruşdu ki, futbolçu olmaq istəyirsən” Həyatım gözümün qabağına gəldi, kafedə işləyən, aya 12 “şirvan” qazanan bir adam üçün yeni həyat başlaya bilərdi. “Hə” dedim və “Kəpəz”in məşqlərinə qoşuldum. İlham Yadullayev, Xaliq Mərdanov, Vidadi Rzayev, Azər Məmmədov kimi təcrübəlilər mənə dəstək oldular".

Nəzirov bildirib ki, budəfəki məşq onun üçün sonuncu ola bilərdi: "Çünki komanda Gəncəyə qayıdırdı və Diniyev mənə heç nə deməmişdi. Elə bildim ki, bəyənməyib və səssiz-səmirsiz çıxıb gedəcəklər, mən də köhnə həyatıma dönəcəm. Çox pis olmuşdum. Birdən bir səs məni yuxudan ayıltdı. Əlövsət müəllim qaça-qaça gəldi ki, a kişi hardasan, Şahin müəllim səni yuxarıda, yaşıl parkda gözləyir. Bir neçə dəqiqədən sonra Şahin müəllimin yanında idim. Sonrakı sözlər isə həyatımı dəyişdi. 2 illik müqavilə, maaş, Premyer Liqa… Bütün bunlar mənim üçün möhtəşəm təsadüflər idi. Allah həmin gün mənim üçün hər şeyin ən yaxşısnı etmişdi. “Gəncə”də ilk maaşım 50 dollar oldu. Etiraf edim ki, dolları birinci dəfə idi görürdüm”.

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-13 16:03

Entoni Coşua Ər-Riyada rəqiblərini izləmək üçün getdi

blank
Premyer-liqa2024-05-13 15:48

Son turun oyun cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-13 15:32

Azərbaycanın voleybol hakimi beynəlxalq kursda iştirak edib

blank
Dünya futbolu2024-05-13 15:17

Şahruddinin çıxış etdiyi klub məşhur futbolçu ilə yollarını ayırdı

blank
Digər idman növləri2024-05-13 15:00

Gəncədə voleybol turniri

blank
Digər idman növləri2024-05-13 14:45

Taekvondoçumuz Avropa çempionatında 3-cü yeri tutub

blank
Digər idman növləri2024-05-13 14:31

“Heydər Əliyev kuboku-2024” turnirində 5 ölkə iştirak edəcək

blank
Ölkə futbolu2024-05-13 14:24

Murad Musayev: “Qəbələ” bir dəfə güzəşti haqq edir”

blank
Digər idman növləri2024-05-13 14:14

Beynəlxalq turnirin qonaqları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

blank
Digər2024-05-13 14:07

MEDİA media subyektləri üçün müsabiqə elan edib

blank
I Liqa2024-05-13 13:59

I Liqa matçında VAR olacaq

blank
Ölkə futbolu2024-05-13 13:42

“Qəbələ”nin gec oyanışı, “Sumqayıt”a 12 xal qazandıran “qapazaltı”

blank
Digər idman növləri2024-05-13 13:25

Azərbaycan parataekvondoçuları tarixi uğura imza atıblar

blank
Dünya futbolu2024-05-13 13:10

“Milan” Şeşko üçün 50 milyon avro ödəyəcək

blank
Digər idman növləri2024-05-13 12:53

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Dünya futbolu2024-05-13 12:39

“Deportivo” Sequndaya qayıtdı

blank
Digər idman növləri2024-05-13 12:24

AFFA regionlarda fəaliyyət göstərən məşqçilər üçün seminar keçirib

blank
Digər idman növləri2024-05-13 12:10

Draft lotereyanın nəticələri bəlli oldu

blank
Digər idman növləri2024-05-13 11:55

Çempiondan ardıcıl ikinci qələbə

blank
Digər idman növləri2024-05-13 11:38

Romada son 20 ildə ilk dəfə

blank
Ölkə futbolu2024-05-13 11:21

“Qarabağ” öz rekordunu təkrarladı

blank
Ölkə futbolu2024-05-13 11:04

“Neftçi” 7-ci oldu

blank
Dünya futbolu2024-05-13 10:47

“Bolonya” 60 ildən sonra bunu bacardı

blank
Dünya futbolu2024-05-13 10:32

Simeone Araqonesi ötdü

blank
Ölkə futbolu2024-05-13 10:15

İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!

blank
Dünya futbolu2024-05-13 09:58

“Arsenal”dan növbəti rekord

blank
Ölkə futbolu2024-05-13 09:41

“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu

blank
Digər idman növləri2024-05-13 09:24

Azərbaycan gimnastlarından Dünya Kubokunda 4 medal

blank
Ölkə futbolu2024-05-13 09:07

Şinyaşiki: “Het-trik hər zaman diqqəti cəlb edir”

blank
Ölkə futbolu2024-05-13 08:50

Lunyov “Rostov”a gedir?

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm