Dünya futbolu
Murat Yakın qovuldu
İsveçrənin “Qrasshopper” klubu baş məşqç…
İsveçrənin “Qrasshopper” klubu baş məşqçisi Murat Yakınla yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Xəbərdə türk mütəxəssislə klubun prezidenti Ştefan Anlikerin komandanın cari mövsümkü çıxışı ilə bağlı fikir mübadiləsi apardığı və nəticədə, qarşılıqlı razılaşma əsasında Yakının müqaviləsinə xitam verilməsi barədə razılığa gəldikləri qeyd edilib.
Xatırladaq ki, 43 yaşlı mütəxəssis “Qrasshopper”in “sükanı arxasına" ötən il keçmişdi. “Göy-ağlar” cari mövsümdə İsveçrə Super Liqasının 28 turundan sonra 32 xalla 10 komanda arasında 6-cı pillədə yer alıb.
Murat Yakın məşqçi karyerası ərzində “Konkordia Bazel”, “Tyun”, “Lutsern”, “Bazel”, “Spartak” (Moskva, Rusiya), “Şaffhauzen” klublarını çalışdırıb.