Dünya futbolu
Ermənistan yığmasında yeni baş məşqçi
Futbol üzrə Ermənistan millisinin yeni baş məşqçisi m…
Futbol üzrə Ermənistan millisinin yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsinin son iclasında yığma komandada vakant qalan baş məşqçi postuna təyinat müzakirə edilib.
Federasiya prezidenti Ruben Ayrapetyan bu vəzifəyə yerli mütəxəssis Vardan Minasyanın namizədliyini irəli sürüb. İK üzvləri yekdilliklə onun leyhinə səs veriblər. Nəticədə 44 yaşlı Minasyan yığmanın baş məşqçi postuna təsdiqlənib.
Qeyd edək ki, Minasyan bunadək 2010-13-cü illərdə ölkəsinin yığmasını çalışdırıb. Onun rəhbərliyi altında Ermənistan yığması AÇ-2012-nin seçmə mərhələsində qrupda 17 xalla 3-cü yeri tutub.
O, futbolsevərlərimizə, xüsusilə “Neftçi”yə tanış mütəxəssisdi. Belə ki, “ağ-qaralar” 2005-ci ilin yanvarında Moskvada "Birlik Kuboku"nun 1/4 finalında “Pünik” üzərində 2:0 hesablı qələbə qazandığı tarixi matçda rəqibin baş məşqçisi məhz Minasyan olub.