Ölkə futbolu
“Zirə” üçün gizli toplantı: Rəşad Sadıqov hamını başına yığdı
“Zirə”nin kritik durumu klubu idarə edənləri təşviş…
“Zirə”nin kritik durumu klubu idarə edənləri təşvişə salıb. Yox, klub rəhbərliyi hər hansı tədbir görməyib, məşvərətə yığışan başqalarıdı.
Futbolinfo.az xəbər verir ki, dünən klubun gizli idarəçisi, sponsorların tam etibar etdiyi və indiyədək məsləhətlərindən faydalandığı Rəşad Sadıqov yenə əlini daşın altına qoyub. “Qarabağ”ın kapitanı məşqçilər heyətini hesabat üçün başına yığıb.
Bakıdakı kafelərdən birində görüşə yığılan komandanın bütün məşqçi heyəti Sadıqovla uzun müzakirə aparıb. Onların konkret nədən danışdığını öyrənə bilməsək də, müzakirə mövzusunun 4-cü pilləyə enən, 2018-də qələbə üzü görməyən “Zirə” olduğu dəqiqdi. Uğursuzluq müzakirə olunub, iradlar, məsləhətlər çatdırılıb. Yəqin ki, bu toplantının nəticələrini qarşıdakı günlərdə əyani görəcəyik.