Dünya futbolu
Tural Hümbətovdan Çernoqoriya çempionatında uğursuz debüt
Futbol üzrə Çernoqoriya çempionatında 29-cu turun…
Futbol üzrə Çernoqoriya çempionatında 29-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun bu qış transfer olunduğu “Deçiç” klubu da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Mladost”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.
Tural da bu görüşün iştirakçısı olub. O, bu qarşılaşmada debüt edib. Lakin Futbolçumuzun start heyətdə meydana çıxdığı və sonadək oynadığı qarşılaşma uğursuz alınıb. Hümbətov Çernoqoriya çempionatındakı ilk rəsmi matçında sarı vərəqə ilə də cəzalanıb (40-cı dəqiqə).
Qeyd edək ki, “Deçiç” geridə qalan turlarda cəmi 20 xal toplayıb və 10 iştirakçı arasında sonuncudu.