Dünya futbolu
“Barselona”dan yeni rekord
İspaniya La Liqasının 32-ci turu çərçivəsində doğ…
İspaniya La Liqasının 32-ci turu çərçivəsində doğma meydanda “Valensiya”ya qalib gələn (2:1) “Barselona” tarixi rekorda imza atıb.
Futbolinfo.az xəbər verir ki, Kataloniya klubu İspaniya çempionatında məğlubiyyətsiz oyunlar seriyasını 39-a çatdırıb. Bu, İspaniya çempionatları tarixində yeni rekorddu. Buna qədər ən yaxşı göstərici ardıcıl 38 oyunda uduzmayan (1978-80-ci illərdə) “Real Sosyedad”a məxsus olub.
Qeyd edək ki, “Barselona” La Liqada sonuncu dəfə 2017-ci ilin aprelin 8-də “Malaqa”ya uduzub – 0:2.
Hazırda Kataloniya təmsilçisi 32 turdan 82 xalla La Liqanın lideridi.