Ölkə futbolu
“Rəşad Sadıqovla heç vaxt, heç nəyi müzakirə etmirəm”
“Zirə”nin prezidenti Natiq İsmayılov “Qarabağ&rd…
“Zirə”nin prezidenti Natiq İsmayılov “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun qəsəbə klubuna yaxınlığından danışıb. O, Rəşadla çox yaxın olmadıqlarını “Futbolinfo”ya müsahibəsində açıqlayıb: “Gizlədəsi bir şey yoxdu. Sadıqovla bizim klubun münasibətlərinin haradan yarandığını bilirsiz. Keçmiş prezidentimizlə dostdular, klubumuzun fəxri prezidenti Orxan Məmmədovla da yaxşı münasibətləri var. Şəxsən mənim onunla əlaqəm, ciddi tanışlığım yoxdu. Rəşadı hamımız tanıyırıq, lakin şəxsi tanışlığımız olmayıb. Sadıqovla heç vaxt, heç nəyi müzakirə etmirəm. Ola bilsin, təsisçilərlə hardasa görüşüb, danışırlar. Amma qlobal bir şey deyil”.
Prezident “Zirə”nin “Qarabağ”ın farm-klubu olmadığını, onlar üzərində ilk qələbəni qazanmağa çalışacaqlarını bildirib: “Zirə”nin “Qarabağ”a heç bir aidiyyatı yoxdu. Yeganə bağlılıq Rəşad Sadıqovla bizim rəhbərliyin dost münasibətləridi. Hər 2 klubun sponsorlarını tanıyırsız, hər biri futbola ayrı-ayrılıqda pul buraxır. “Zirə” çempionatda heç vaxt “Neftçi”yə uduzmamışdı, ötən tur uduzdu. “Qarabağ” da heç vaxt bizə yenilməyib. Hər seriyanın bir sonu olur. İnşallah “Neftçi” kimi biz də bu uğursuz seriyaya son qoymaq üçün çalışacağıq. İstəyimiz budur”.