Dünya futbolu
Rövlan Muradov erkən əvəzləndi, “Slaviya” uduzdu
Futbol üzrə Çexiya yüksək liqasında mübarizə…
Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində növbəti oyunlar keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Rövlan Muradovun formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi bu dəfə səfərdə “Brno” ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Rövlan da bu görüşün iştirakçısı olub. Lakin start heyətdə meydana çıxan futbolçumuz 17-ci dəqiqədə əvəzlənib.
“Slaviya” hazırda 9 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.