Ölkə futbolu
Azərbaycanlı hakim Portuqaliya – Norveç matçında
Azərbaycanın FİFA hakim-köməkçisi Rza Məmmədovun 17 …
Azərbaycanın FİFA hakim-köməkçisi Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının final mərhələsində təyinat aldığı ilk oyun məlum olub.
Futbolinfo.az xəbər verir ki, gənc laynsmanımız B qrupunun Portuqaliya – Norveç matçında iş başında olacaq. O, bu matçın baş hakimi hollandiyalı Dennis Hilerin köməkçisi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, Portuqaliya – Norveç qarşılaşması mayın 4-də keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.