Dünya futbolu
Vyana “Qarabağ”ı 5 cavabsız qola üzüldü
Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 32-ci turun …
Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 32-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə Vyana “Austria”sının həvəskarlardan ibarət komandası ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 0:5.
Emil bu görüşün iştirakçısı olmayıb. Elvinlə Dmitri isə start heyətdə meydana və sonadək oynayıblar.
“Qarabağ” hazırda 50 xalla 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.