Bizi izləyin

Ölkə futbolu

Gəncə gözləmədə: Məmmədov Vəliyevlə oyun oynayır

Elxan Məmmədov yenə oyun oynayır. Özündənrazı baş kat…

blank
Elxan Məmmədov yenə oyun oynayır. Özündənrazı baş katib əksəri bu baxımdan axsayan klub rəhbərlərinin ən zəif yerindən tutub və sənəd, yazı-pozu, lisenziya/tələb bəhanəsi ilə hamını barmağına doladığını sayır.
 
İş ondadı ki, Məmmədov bütün bunları həm də “yuxarılar”ın istəyi kimi qələmə verir, qeyri-rəsmi təbliğat vasitələri ilə iş aparır. Əslində isə futboldakı monopoliyasını möhkəmlətmək üçün “yuxarılar”a məlumatı da onların imtina edəcəkləri formada çatdırır. Dövlət məmurları başını qaldırıb, futbol təsərrüfatına bir qədər diqqətlə baxsa, şəffaflıq pərdəsi altında hansı məkrli planın olduğunu rahatca görə bilər.
 
Dünən AFFA İcraiyyə Komitəsinin iclasından sonra qərarlar açıqlandı və bəlli oldu ki, orada Premyer Liqada komanda sayı ilə bağlı heç nə yoxdu. Lakin baş katib öz müsahibəsində səlahiyyətlərini aşaraq ad çəkdi. Məmmədov konkret olaraq “Sabah”ın lisenziya tələblərini yerinə yetirdiyini və elitaya yüksəlməyə namizəd olduğunu dilə gətirdi. İdman prinsipinə uyğun olaraq, “Kəpəz”in aşağı dəstəyə düşəcəyini də sözlərinə əlavə etdi. Lakin bunun üçün Lisenziyalaşdırma Qrupu qərarını açıqlamalıdı.
 
Bu, Məmmədovun böyük oyunudu və o, bu sözlərlə mətbuat vasitəsi ilə Gəncə icra başçısı Elmar Vəliyevə mesaj göndərdi. Son vaxtlar bu şəhərdə “Kəpəz”in bölüşdürülməsi üçün müharibə gedir. Klub AFFA-dan göndərilən Mikayıl Nərimanoğlunun ifşa edilməsindən sonra şəhər rəhbərliyinə yaxın adamlar tərəfindən idarə olunur. Assosiasiya maliyyəni təmin etsə də, ciddi gecikmələrin olması da bu səbəbdəndi. Vəliyev kluba gələn pula öz cibindən də əlavələr etməklə komanda qurmaq istəyir, AFFA isə tam sahibi olmadığı kluba maliyyə ayırmaq istəmir.
 
İndi elə vəziyyət yaranıb ki, nə AFFA, nə də gəncəlilər geri addım atmır. Belədə Məmmədov əlindən çıxan klubu elitadan qovmaqla hədələyir və Vəliyevi təslim olmağa dəvət edir. “Sabah”ın adının hallandırılması da bununla bağlıdı. Bu gün ya Elmar bəy baş katibin şərtlərini qəbul edib, kluba yiyəliyi ona buraxmalı, ya da inadından dönməyib, diviziona getməklə barışmalıdı.
 
Hər iki halda uduzan Vəliyev olacaq. Çünki klubun Müşahidə Şurasının sədri oğlu Elmir bəydi. Bu şərtlərin hansının reallaşmasından asılı olmayaraq, kiçik Vəliyev uğursuz persona kimi yadda qalacaq və bu, onun gələcək karyerasına zərbə olacaq. Məmmədov pressinqə davam edir və Gəncədən hələlik xəbər çıxmır. Dünənki mətbuat konfransından sonra qəzəblənən gəncəlilər də rəsmi qərarı – “Sabah”ın elitaya buraxılmasını gözləyir.
 
Bəs, “Sabah” Premyer Liqaya hazırdımı? Sənədlərdəki nöqsanlar süni şəkildə yoluna qoyulsa da, əminliklə “yox” demək olar. Komandanın baş məşqçisi Arif Əsədov da bunu etiraf edib. Üstəlik, komandanın turnir cədvəlinin ortalarında olması faktı bunun əyani sübutudu. Eyni zamanda mövsüm boyu “Sabah”ın hətta divizion səviyyəsində təşkilati işlərdə problemi olduğunu görmüşük, bu adamların elitada iş qurması nağıl olacaq.
 
“Sabah” haqda Təhsil Nazirliyinin yeni rəhbərliyinin nə düşündüyü də çox maraqlıdı. Bu klubda təşklatlanma yekunlaşmayıb və Məmmədov özü də etiraf edir ki, hazırda klub müvəqqəti tranzit müddətində MMC-dir. Yəni ki, klubun Premyer Liqa planı olmayıb, “Kəpəz”lə bağlı Gəncə rəhbərliyini sıxmaq, eyni zamanda “Xəzər”in gəlişini əngəlləmək üçün tələsik belə bir addım atılıb.
 
Proseslərin gedişini maraqla izləyirik. Hətta bu gün “Sabah”a lisenziya verilsə də, məsələyə nöqtə qoyulmayacaq. Qarşıdakı 2 ay ərzində Elmar Vəliyevin yumruğunu stola çırpıb Məmmədovun yuxusunu qaçırması mümkündü. O zaman “Kəpəz” də elitada qalacaq, “Sabah” da ora yüksələcək, hətta 10-cu komanda kimi “Xəzər”ə də minnətçi düşüləcək. Amma bunun üçün Vəliyevlərin oyanması lazımdı.
 
Reqlamentə görə, “Kəpəz”in elitadan düşməsi qəribə deyil. Amma baş katib onun əvəzinə bunu haqq edən “Xəzər”i deyil, dostlarının qondarma klubu olan “Sabah”ı calamaq istəyirsə, o zaman iş şəffaflıq müstəvisindən çıxır. Elxan bəy qazon biznesindən, oyunçu transferindən, büdcə nizamlamasından və s. pay götürəcəyi klubu yarışa buraxırsa və Pemyer Liqadakı klubların yarıdan çoxunda söz sahibi olmaq hüququnu özündə saxlamaq istəyirsə, deməli, xiyar əyri bitib.
 
“Sabah”ın gəlişi və ya “Kəpəz”in Məmmədovun kurasiyasında olmaqla Premyer Liqada qalması – hər iki variant qəbulolunmazdı. SOCAR-ın büdcəsini qumarbaz divizion klublarına dağıdan bu adama daha güzəşt etmək olmaz. İllik hər birinə yarım milyona yaxın vəsaitin paylandığı, əvəzində adi lisenziya tələblərini yerinə yetirə bilməyən klublara maliyyə dayandırılmalı, lazım gəlsə, “Xəzər” kimi öz vəsaitini xərcləyən klublara yardım edilməlidi.
 
Ölkə rəhbərliyi də nəhayət, futbol təsərrüfatına diqqət yetirməlidi. İdman ölkəsi kimi tanınan Azərbaycan dünya üzrə elitasında ən az komanda oynayan 2-ci ölkədi. Üstəlik, “Kəpəz”in gedişindən sonra bu komandalardan yalnız biri – “Qəbələ” əyalət təmsilçisi olacaq. Qulağımızın dibindəki”Sumqayıt”ı və Suraxanıda məskunlaşan “Qarabağ”ı əyalət komandası saymaq olmur. Belə məhdud coğrafiya ilə futbolun inkişafından, yüksək hədəflərdən danışmaq mümkün deyil.
 
Maraqlıdı ki, dövlət futbola ən üst səviyyədə qayğı göstərir, lakin rayon camaatı üçün əla əyləncə vasitəsi olan top oyunu yalnız Bakıda oynanılır. Bunun hesabatını istəmək zamanıdı. Qondarma Region Liqası, qumarın baş alıb getdiyi birinci divizionla futbolun kütləviliyindən, bölgələrdə bu oyunun inkişafından danışmaq olmaz. Təkcə Gəncədəki oyunlara gələn tamaşaçı sayı son 2 mövsümdə Premyer Liqanı izləyənlərin ümumi sayının yarısından çoxdu. “Xəzər”in də Qubanı təmsil edəcəyini nəzərə alsaq, bu komandaları deyil, adi məşq meydançası da olmayan “Sabah”ı elitaya buraxmaq nə dərəcədə məntiqlidi?
 
Ümid edirik, “yuxarılar” da Məmmədovun oyununu izləyir və ona qulaqburması verən tapılacaq. Gəncə camaatını kimlərinsə cibini doldurması naminə narazı salmaq olmaz.
 
CAVAD
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-12 17:27

Qazi parakarateçilər ilk dəfə AÇ-də qızıl və gümüş medallar qazanıblar

blank
Premyer-liqa2024-05-12 17:03

“Qəbələ” “Sabah”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-05-12 16:54

Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazandı

blank
Milli komanda2024-05-12 15:31

Millimiz iki yoldaşlıq görüşü keçirəcək

blank
Digər idman növləri2024-05-12 15:00

Muradlı Avstriyada qalib oldu, Məmmədyarov üçüncü yeri tutdu

blank
Dünya futbolu2024-05-12 14:33

“Real” rekordunu təkrarladı

blank
Dünya futbolu2024-05-12 14:00

Səudiyyə Ərəbistanında çempion bəlli oldu

blank
Dünya futbolu2024-05-12 13:28

Messinin 11 oyunluq seriyası başa çatdı

blank
Digər idman növləri2024-05-12 13:00

Təbriz klubundan növbəti qələbə

blank
Dünya futbolu2024-05-12 12:44

Hüseynovlu “Arda”dan əzmkar qələbə

blank
Digər idman növləri2024-05-12 12:26

IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq

blank
Digər idman növləri2024-05-12 12:00

“Ümid edirəm finalda yaxşı oyun sərgiləyəcəyik”

blank
Digər idman növləri2024-05-12 11:29

Azərbaycanın daha dörd cüdoçusu “Böyük Dəbilqə”də mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-12 11:00

Qadın güləşi tarixində ilk: “Allaha şükür edirəm”

blank
Ölkə futbolu2024-05-12 10:36

Mahir Xorvatiya çempionu oldu

blank
Digər idman növləri2024-05-12 09:29

Azərbaycan yığmasından Burqasda qızıl medal

blank
Premyer-liqa2024-05-12 09:00

“Qəbələ” “Sabah”a, “Sumqayıt” “Səbail”ə qarşı

blank
Ölkə futbolu2024-05-12 08:45

Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var

blank
Digər idman növləri2024-05-12 08:22

Bakıdakı Dünya kuboku rekordla başa çatdı

blank
Ölkə futbolu2024-05-12 08:00

Cəlilov – Ağayev duetinin “Zirə əməliyyatı”

blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Premyer-liqa2024-05-12 00:45

“Qəbələ” ilə “Sabah”ın 27-ci dueli

blank
Dünya futbolu2024-05-12 00:31

Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi

blank
Ölkə futbolu2024-05-12 00:15

“Qəbələ”də bir itki

blank
Digər idman növləri2024-05-11 23:59

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-11 23:47

Azərbaycan atleti Daşkənddə ikinci oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm