Ölkə futbolu
“Neftçi”də qalmadı, “Braqa”ya getdi
Portuqaliya Premyer Liqasında mübarizə aparan "Braqa"…
Portuqaliya Premyer Liqasında mübarizə aparan "Braqa" Almaniya "Ştutqart"ının oyunçusu Ailton Silvanı heyətinə qatıb. Bu barədə Portuqaliya klubunun saytı məlumat yayıb.
23 yaşlı müdafiəçi "Braqa"da 1 illik icarə əsasında çıxış edəcək. Sol cinah müdafiəçisi satın alma şərtiylə icarəyə götürülüb.
Qeyd edək ki, Ailton 2015/16 mövsümündə icarə əsasında "Neftçi"də çıxış edib. Braziliyalı futbolçu paytaxt klubunda 36 oyun keçirmişdi və 3 qol vurmuşdu. Cinah müdafiəçisi "Ştutqart"da matça çıxıb.