Dünya futbolu
Yığma komandanın baş məşqçisi ilə yeni müqavilə
Belçika Futbol Federasiyası (BFF) millinin baş məşqç…
Belçika Futbol Federasiyası (BFF) millinin baş məşqçisi Roberto Martineslə yeni müqavilə bağlayıb.
Futbolinfo.az xəbər verir ki, federasiya ispan mütəxəssislə müqavilə müddətini 2020-ci ilə kimi uzadıb. Bu barədə məlumatı BFF-nin mətbuat xidməti yayıb. Belçika yığması AÇ-2020-yə vəsiqə qazansa, Martines qitə birinciliyinin final mərhələsində də “qırmızı iblislər”in “sükanı arxasında” olacaq.
44 yaşlı mütəxəssis 2016-cı ildən Belçika millisini çalışdırır. O, Mark Vilmotsun yerinə təyin edilib.
Martinesin başçılıq etdiyi Belçika yığması DÇ-2018-in seçmə mərhələsində 9 qələbə, 1 heç-heçə ilə qrupu birinci pillədə başa vuraraq, mundiala vəsiqə qazanıb.
Martines Belçika yığmasından öncə “Suonsi”, “Everton” və “Viqan” klublarında işləyib.