Dünya futbolu
Nəbiyevsiz qələbə
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin &uum…
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi Gürcüstanın “Şevardeni” komandası növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Gürcüstan 2-ci liqasının 12-ci turunda səfərdə “Tsxinvali” ilə qarşılaşan həmyerlimizin komandası bu matçdan qələbə ilə ayrılıb – 1:0.
Fərid bu qarşılaşmanın iştirakçısı olmayıb. O, U-20 yığmamızın Bakıdakı toplanışına dəvət aldığından, hazırda bu klubun düşərgəsində deyil.
Qeyd edək ki, geridə qalan turlarda 6 oyunda forma şansı qazanan Fərid indiyə qədər 2 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olub.
12 turdan sonra hesabında 19 xal olan “Şevardeni” 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.