Dünya futbolu
Hümbətovsuz “Deçiç” yenə uduzdu
Futbol üzrə Çernoqoriya çempionatında 35-ci turun…
Futbol üzrə Çernoqoriya çempionatında 35-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi “Deçiç” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Sutyeska” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Tural bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, “Deçiç” geridə qalan turlarda cəmi 21 xal toplayıb və 10 iştirakçı arasında sonuncudu.