Dünya futbolu
Premyer Liqa klubundan 25 milyon avroluq transfer
İngiltərənin “Lester Siti” klubu heyətini yeni futbol&…
İngiltərənin “Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Portuqaliya millisinin və “Portu”nun müdafiəçisi Rikardo Pereyranı heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə bağlandığı qeyd edilib. “Tülkülər” 24 yaşlı futbolçunun keçidi üçün “əjdahalar”a 25 milyon avro ödəyib.
Pereyra “Portu”nun heyətində son mövsümdə şans qazandığı 43 oyunda 2 qol vurub, 7 məhsuldar ötürmə edib.