Bizi izləyin

Ölkə futbolu

Gəncə futbolunun xilası naminə

Lisenziya tələbləri üzündən Topaz Premyer Liqasının ye…

blank
Lisenziya tələbləri üzündən Topaz Premyer Liqasının yeni mövsümündə də say artımı görməyəcəyik. Bəlkə də dünya ölkələri arasında ən sərt şərtlərin mövcud olduğu Azərbaycanda bunun öhdəsindən gələcək 10 komanda da tapılmır.
 
Son açıqlamaya görə, 9 klubumuz elita tələblərini yerinə yetirib və lisenziya alıb. Və onlar arasında 8-i seçilərək yeni mövsüm üçün təsdiqlənməlidi. Düzdü, AFFA icraiyyə Komitəsinin qərarına əsasən, daha bir kluba güzəşt edilməsi mümkündü. Lakin divizionda vəziyyət elədi ki, klublar ən adi şərtləri təmin etməyə də qadir deyil. Yalnız “Xəzər” qismən güzəşt sayəsində buna nail ola bilər. Lakin debütantın səsi çoxdan kəsilib və taleləri ilə barışıblar.
 
İndi 9 komandadan 8-ni seçmək lazımdı. Məntiqlə hər şey həll olunub. Reqlamentə uyğun olaraq, “Kəpəz” elitanı tərk edir və onu “Sabah” əvəzləyir. Lakin bir çox nüanslar var ki…
 
Gəncə stadionunda son təmir işləri beyni məşğul edən hadisədi. Bərpa prosesi nəinki səngimir, əksinə, sürətlənir. Son matçda azarkeşlərin “Neftçi”ylə görüşə biganə qalmaması da bir ümidə işarə idi. Ən nəhayət, stadionun qazonunun yenicə təmir olunması və AFFA-nın yaşıl örtüyün saxlanması üçün pul xərcləməyə davam edəcəyi basqı yaratmaq üçün imkan verir. Bildiyimizə görə, yuxarı dairələrdə də daha bir bölgə klubunun sıradan çıxması, çempionatın Bakı birinciliyinə çevrilməsi, xüsusilə Gəncənin futbolsuz qalması narahatlıq yaradıb.
 
Bütün bunlar AFFA-nı fikirləşməyə məcbur edir. Hazırda “Kəpəz”i hansı komandanın əvəzinə elitada saxlamaq variantı müzakirə olunur. Bir neçə gündən sonra “Sabah” Premyer Liqada iştirakdan imtina etdiyini açıqlasa, buna təəccüblənməyin. Baş katib Elxan Məmmədov vəziyyətdən çıxmaq üçün dostlarından daha bir il səbr etməyi xahiş edə bilər. Onsuz da “Sabah”da ciddi problemlər var, klub hələ formalaşmayıb.
 
Daha bir variant “Keşlə”nin fəaliyyətini dayandırmasıdı. Bu klubun da ciddi problemləri qalır. “İnter”in varisi sənədləşmə işlərində ciddi əngəllə üzləşib, “İnter Arena”dan qovulmaq üzrədi. Borclar bir yana, xərclərin də çox olması AFFA-nın bu kluba yardımı dayandırmasını şərtləndirə bilər. Xüsusilə “Kəpəz” məsələsi ortada ikən maliyyəni paytaxt deyil, əyalət klubuna yönəltmək daha məntiqli görünür.
 
Klub rəsmilərinin, baş məşqinin müəmmalı,amma ümid dolu açıqlamaları, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun son turda qəfil Gəncədə görünməsi, klubun taleyinə aydınlıq gəlmədiyini deməsi də təsadüf deyil. Deməli, kabinetlərdə cızılan planlara yeni korrektələr mümkündü. Gəncə icra başçısı Elmar Vəliyev həqiqətən bu işdə maraqlı olsa, məsələni qaldırsa, “Kəpəz”in elitada saxlanılması ehtimalı daha da arta bilər.
 
Reqlamentə görə, “Kəpəz” diviziona düşməlidi. İlk baxışdan adi məntiqdi, ətrafında müzakirə açmağa da ehtiyac yoxdu. Lakin onu hansısa qondarma klub əvəzləyirsə, qanun pozuntusunun ən xeyirlisinə razılıq vermək istəyirsən. Bölgə futbolunun inkişafı naminə onsuz da elitaya layiq olmayan “Sabah”ın kölgədə qalması daha məsləhətlidi.
 
İşin başqa tərəfi uşaq futbolu ilə bağlıdı. “Sabah” uşaq komandalarını formalaşdırmaq üçün “Vətən” cəmiyyətinə ağız açmalı, onların qruplarını icarəyə götürməlidi. Bu klubda əvəzedici heyətlə bağlı sual hələ də həllini tapmayıb, ciddi problem var. Hətta “Sabah”ın əyləcə basması da problem olmayacaq, futbolçular elə paytaxt daxilində yeni iş yeri tapa biləcək. Gəncədə isə vəziyyət fərqlidi.
 
Təsəvvür edin, 2 ildi “Kəpəz”in 9 komandası var və klub diviziona düşsə, onları saxlamağa vəsait olmayacaq. Belədə 200-ə yaxın uşağın ən azı yarısı üçün hər şey – karyera da, təhsil də bitəcək. Bu, daim istedad məkanı kimi tanıdığımız şəhərdə daha bir neçə nəslin məhv olması deməkdi. Futbolun inkişafını düşünənlər bu amili mütləq düşünməlidi. Bəli, AFFA bunun klubun problemi olduğunu deyə bilər, lakin unutmayaq ki, “Kəpəz”in idarəetməsi elə assosiasiyada idi. Deməli, günah varsa, həmin uğursuzluq da AFFA-nın boynundadı. Mikayıl Nərimanoğlu fırıldaqla, yeyinti ilə məşğul olanda bütün bunlar baş verməliydi.
 
Bütün bunlar detallarının çox vacib olduğu təfərrüatdı. İndi “Kəpəz”in Premyer Liqada qalması üçün AFFA-nın iş görməsi lazımdı. Ən uyğun, ən optimal variant seçilməli və bu, reallaşmalıdı. Əks halda, Bakı birinciliyinin fəsadlarını növbəti illərdə çox hiss edəcəyik. İdman ölkəsi paytaxtdan ibarət ola bilməz.
 
FƏRİD
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-15 10:34

Abasovun növbəti sınağı

blank
Ölkə futbolu2024-04-15 10:17

“Qarabağ” üçün daha iki potensial rəqib

blank
Ölkə futbolu2024-04-15 10:03

Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı

blank
Ölkə futbolu2024-04-15 09:47

Musasız qələbə

blank
Layihə2024-04-15 09:30

Səhər idmanı: aktiv həyat tərzi üçün

blank
Dünya futbolu2024-04-15 09:11

“Vest Hem” məşqçisin dəyişmək istəyir

blank
Digər idman növləri2024-04-15 08:45

Nicatdan növbəti heç-heçə

blank
Ölkə futbolu2024-04-15 08:00

Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı

blank
Dünya futbolu2024-04-15 02:08

“Sevilya”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-15 01:55

“İnter” və “Napoli”dən xal itkisi

blank
Dünya futbolu2024-04-15 01:38

“Brest” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-15 01:19

“Liverpul” da uduzdu, “Arsenal” da

blank
Dünya futbolu2024-04-15 01:02

Həsənalızadənin komandası evdə xal itirdi

blank
Dünya futbolu2024-04-15 00:50

Şeydayevin hesabı açdığı oyunda “Kocaelispor” qalib gəldi

blank
Dünya futbolu2024-04-15 00:37

“Fənərbaxça” qalib gəldi, Renatın komandası darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-15 00:09

“Bayer” çempionluğu rəsmiləşdirdi

blank
Milli komanda2024-04-14 23:39

“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

blank
Milli komanda2024-04-14 23:04

Millimiz Gürcüstan yığmasına məğlub oldu

blank
Premyer-liqa2024-04-14 22:43

“Sabah” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-14 22:16

“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov

blank
Digər idman növləri2024-04-14 22:07

Monte-Karloda çempion məlum oldu

blank
Premyer-liqa2024-04-14 21:59

“Qarabağ”ı udmağa görə 6 xal vermirlər” – Renduliç

blank
Digər idman növləri2024-04-14 21:25

Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu

blank
Digər idman növləri2024-04-14 21:09

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:55

“Qarabağ” “Sabah”a uduzdu

blank
Digər idman növləri2024-04-14 20:22

Boksçumuz Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:03

“İkinci hissədə komandam xarakter göstərdi” – Diniyev

blank
Premyer-liqa2024-04-14 19:44

“Səbail” – “Kəpəz” matçında 6 qol – VİDEO

blank
Premyer-liqa2024-04-14 19:22

“Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik” – Adil Şükürov

blank
Əvəzedicilər2024-04-14 19:10

“Neftçi”nin əvəzedicilərindən 8 cavabsız qol

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm