Ölkə futbolu
İsgəndər Cavadov Gəncəyə niyə gedib?
Topaz Premyer Liqasının sonuncu turu çərçivəsində k…
Topaz Premyer Liqasının sonuncu turu çərçivəsində keçirilən “Kəpəz” – “Neftçi” matçını izləyənlər arasında sürpriz qonaq yer almışdı.
AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadov “tarixi derbi”ni şəxsən tribunadan izləyirdi. Sonuncu dəfə 2 il əvvəl Nizami Yurduna ayaq basan AFFA rəsmisinin bu dəfəki gəlişi təsadüfü deyildi. Çalışdığı qurum tərəfindən Gəncəyə xüsusi ilə ezam olunan Cavadovun qarşısına İcra başçısı Elmar Vəliyevlə görüşmək tapşırığı qoyulmuşdu. AFFA və Gəncə Şəhər İcra Hakimiyyəti arasında “sülh elçisi” funksiyasını yerinə yetirməkdə öhdəliyi üzərinə götürən Cavadovun bu arzusu isə ürəyində qalıb. “Kəpəz”in gələcək taleyini müzakirə etmək üçün Elmar Vəliyevlə şəxsən görüşmək istəyən İsgəndər Cavadov İcra Başçısını stadionda tapa bilməyib. Məlum olub ki, Vəliyev işləri ilə əlaqədar Bakıya səfər edib. Səbəbi ziyarəti alınmayan AFFA rəsmisi oyundan dərhal sonra paytaxta qayıdıb.
“Kəpəz”in Müşahidə Şurasının sədri Elmir Vəliyevin atası olan Elmar Vəliyevlə İsgəndər Cavadovun sıx münasibətlərinin olması bilinir. (idmanxeber.com)