Ölkə futbolu
Ramazanov da “Səbail”də!
Son günlərdə 12 futbolçusu ilə vidalaşan “Səbai…
Son günlərdə 12 futbolçusu ilə vidalaşan “Səbail” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu artıq sıralarına 2 futbolçu cəlb edib. Belə ki, “Səbail” Rahid Əmirquliyevlə Ağabala Ramazanovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçuların hər biri ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, həm Rahid, həm də Ağabala son mövsümü “Qarabağ”da keçirib. Onlar Ağdam klubunda elə də çox forma şansı qazanmırdılar və mövsüm bitən kimi “Qarabağ”dan ayrılmışdılar.