Ölkə futbolu
Eyni rəqib, eyni hesab
Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında ola…
Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası növbəti yoldaşlıq oyunu keçirib.
Futbolinfo.az xəbər verir ki, Bolqarıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız məğlub olub – 1:2. Yığmamızın qolunu Sona Rəhimova vurub.
Bu komandalar arasında 3 gün əvvəl keçirilmiş oyun da eyni hesabla bolqarıstanlı futbolçuların xeyrinə başa çatmışdı.