Ölkə futbolu
“Kukesi” üçün 5 min
"Qarabağ"ın Albaniya "Kukesi"si ilə keçi…
"Qarabağ"ın Albaniya "Kukesi"si ilə keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü üçün 5 min bilet satılıb. Tofiq Bəhramov stadionunda baş tutacaq matça bu qədər bilet satışa çıxarıldıqdan sonra üç gün ərzində alınıb.
Qiymətlər sektorlara uyğun olaraq, 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır. Arenanın tutumu 31200 nəfər təşkil edir.
Qeyd edək ki, avqustun 1-i keçiriləcək "Qarabağ” – "Kukesi” oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Albaniyada baş tutan ilk qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.