Dünya futbolu
“Roma”dan “Sampdoriya”ya
İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbol&cced…
İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Genuya təmsilçisi “Roma”dan Qrequar Defreli 1 illik icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı xəbər verib.
27 yaşlı futbolçu son mövsümdə “canavarlar”ın heyətində 20 qarşılaşmada iştirak edib. O, bu oyunlarda 1 qolla yadda qalıb.
“Roma” daha öncə Jersonu “Fiorentina” klubuna 1 illik icarəyə vermişdi.