Dünya futbolu
UEFA Super Kubok matçını polşalı hakimlərə tapşırdı
UEFA Super Kuboku uğrunda oyunun hakim təyinatları açıqlan?…
UEFA Super Kuboku uğrunda oyunun hakim təyinatları açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, qitə futbol qurumu İspaniyanın “Real” və “Atletiko” klubları arasında keçiriləcək bu görüşü polşalı FİFA referisi Şimon Marçinyaka həvalə edib. Ona həmyerliləri Pavel Sokolniçki ilə Tomaş Listkieviç kömək edəcək.
Qeyd edək ki, Madrid klublarının dueli avqustun 15-də Estoniyanın paytaxtı “Tallin”də, “Lilleküla” stadionunda baş tutacaq.
2017/18 mövsümünün yekunlarına görə, “Real” UEFA Çempionlar Liqasının, “Atletiko” isə Avropa Liqasının qalibi olub.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var