Dünya futbolu
Türkiyə klubu Samuel Eto’o ilə yollarını ayırdı
Türkiyənin “Konyaspor” klubu kamerunlu ulduz hü…
Türkiyənin “Konyaspor” klubu kamerunlu ulduz hücumçusu Samuel Eto’o ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub rəhbərliyi ilə futbolçu arasında baş tutan görüşdə tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırmağa qərar veriblər. Super Liqa təmsilçisi buna görə Eto’oya 1 milyon avro təzminat ödəyəcək.
Xatırladaq ki, kamerunlu futbolçu “Konyaspor”a ötən qış “Antalyaspor”dan transfer edilmişdi. Həmin vaxt 2,5 illik müqaviləyə imza atan 37 yaşlı forvardın bu klubla anlaşması 2020-ci ildə başa çatacaqdı.
Eto’o “Konyaspor” forması ilə meydana çıxdığı 14 matçda 6 qola imza atıb.