Dünya futbolu
MY qapıçısını icarəyə verdi – “Setubal”a
İngiltərənin “Mançester Yunayted” klubu qapı&cc…
İngiltərənin “Mançester Yunayted” klubu qapıçısı Joel Pereyranı icarəyə verib.
Futbolinfo.az xəbər verir ki, 22 yaşlı futbolçu Portuqaliyanın “Setubal” klubuna icarəyə göndərilib. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı qapıçı yeni mövsümə “qırmızı şeytanlar”la hazırlaşırdı. Lakin Li Qrantın üçüncü qapıçı kimi transfer edilməsi onun təcrübə toplamaq üçün yenidən başqa bir kluba icarəyə göndərilməsinə səbəb olub. Belə ki, Pereyra 2015/16 mövsümündə “Roçdeyl”, 2016/17 mövsümündə isə “Belenenseş” klublarında icarədə oynayıb.
Joelin MY ilə 2021-ci ilin yayınadək müqaviləsi var.