Ölkə futbolu
"Qarabağ" – BATE oyunu isveçlilərə tapşırıldı
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk …
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – BATE (Belarus) oyunu üçün hakim təyinatları açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, avqustun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı isveçli hakimlər briqadası idarə edəcək.
Baş hakim Andreas Ekberq olacaq. Ona yan xətdə Mehmet Kulum və Stefan Hallberq kömək edəcək. Kristofer Karlsson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, matç saat 21:00-da başlanacaq.