Dünya futbolu
UEFA-dan Fransa klubuna cəza
UEFA Fransanın “Olimpik” (Lion) klubunu cəzalandırıb.
…
UEFA Fransanın “Olimpik” (Lion) klubunu cəzalandırıb.
Futbolinfo.az xəbər verir ki, ali futbol qurumu Fransa təmsilçisinin ötən il Avropa Liqasının 1/8 final mərhələsinin ÇSKA (Rusiya) ilə ev oyununu araşdırmağa başlamışdı. Doğma meydanda 2:3 hesabıyla uduzaraq, Avroliqada mübarizəni dayandıran Lion klubu, azarkeşlərinin həmin oyundakı hərəkətlərinə görə cəzalandırılıb.
UEFA “Olimpik”ə azarkeşsiz 1 oyun cəzası və 100 min avro cərimə tətbiq edib.
Fransa təmsilçisi bu mövsüm Çempionlar Liqasının qrup mərhələsindəki ilk ev oyununu boş tribunalar qarşısında keçirəcək.