Milli komanda
Millimiz İspaniyaya 4 qol vursa da, məğlub oldu
İtaliyanın Sardiniya adasındakı Alghero şəhərində təşkil edi…
İtaliyanın Sardiniya adasındakı Alghero şəhərində təşkil edilən Avropa Super Finalında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, İspaniya yığması ilə qarşılaşan komandamız 4:5 hesabı ilə məğlub olub.
Millimizin qollarını Əbdül Əliyev, Ramil Əliyev, Orxan Məmmədov və Asif Zeynalov vurub.
Komandamız turnir çərçivəsində növbəti oyununu sentyabrın 7-də Portuqaliyaya qarşı keçirəcək.