Milli komanda
Millimizin rəqiblərinin oyununda 4 qol
Futbol üzrə UEFA Millətlər Liqasında ilk turun oyunları ke&c…
Futbol üzrə UEFA Millətlər Liqasında ilk turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığması ilə birgə D Liqasının 3-cü qrupunda yer alan Farer adaları ilə Malta da ilk matçına çıxıb. Komandamızın doğma meydanda Kosovo ilə qolsuz heç-heçəyə razılaşdığı gündə Farer adaları doğma meydanda maltalıları 3:1 hesabıyla məğlub edib.
Qarşılaşmada hesabı 31-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Yoan Simun Edmundsson açıb. Bundan 7 dəqiqə sonra Rene Yonsen qonaqları ikinci dəfə mərkəzə dəvət edib. 42-ci dəqiqədə Malta yığmasının heyətində Maykl Mifsud fərqlənərək hesab arasındakı fərqi azaldıb. Amma 51-ci dəqiqədə Hallur Hansson qonaqların qapısından daha bir top keçirməklə matçın yekun nəticəsini müəyyənləşdirib.
Bu qələbədən sonra Farer adaları millimizin yer aldığı qrupda vahid liderə çevrilib.
Qeyd edək ki, Azərbaycan yığması 2-ci turda səfərdə Maltanın qonağı olacaq. Kosovo isə doğma meydanda Farer adaları ilə üz-üzə gələcək. Hər iki oyun sentyabrın 10-da keçiriləcək və Bakı vaxtı ilə 22:45-də start götürəcək.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”