Ölkə futbolu
“Sumqayıt”dan MOİK-ə 5 cavabsız qol
Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaran…
Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” bu gün yoxlama görüşündə qüvvəsini sınayıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda Birinci Divizion təmsilçisi MOİK-lə qarşılaşıb.
Nazim Süleymanovun yetirmələri 5:0 hesablı qələbə qazanıb. Əfran İsmayılovun dubl etdiyi matçda Atilla Yıldırım, Arif Daşdəmirov və Murad Xaçayev hərəyə bir dəfə rəqib qapısına yol tapıb.
Yoxlama oyunu
8 sentyabr
Sumqayıt – MOİK 5:0
Qollar: Əfran İsmayılov (2), Atilla Yıldırım, Arif Daşdəmirov, Murad Xaçayev.