Dünya futbolu
“Qarabağ”ın qapıçısına 6 qol vurdular
Futbol üzrə İslandiya yığması UEFA Millətlər Liqasında il…
Futbol üzrə İslandiya yığması UEFA Millətlər Liqasında ilk matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı Hannes Halldorssonun şərəfini qoruduğu bu komanda səfərdə İsveçrə ilə qarşılaşıb.
A Liqasında 2-ci qrupda yer alan komandaların dueli İsveçrə yığmasının qələbəsi ilə başa çatıb – 6:0.
Halldorsson da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Hannes ilk yarıda 2, fasilədən sonra isə 4 qol buraxıb.