Milli komanda
“Bakıdakı qələbə bizə çox lazım idi”
21 yaşadək futbolçulardan ibarət Norveç yığmasını…
21 yaşadək futbolçulardan ibarət Norveç yığmasının baş məşqçisi Leif Gunnar Smerud Bakıda Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Çox çətin oyun oldu. Rəqib bizə qarşı güclü oynadı. Taktiki baxımdan baş məşqçiləri yaxşı hazırlaşmışdı. Futbolçularım yalnız ikinci hissədə həyəcanını boğa bildi və lazım olan qolları vurduq. Bu qələbə bizə çox lazım idi”.