Dünya futbolu
Dünya futbolunda yeni transfer rekordu
FİFA 2018-ci ilin 1 iyun – 1 sentyabr tarixləri aralığında futbol…
FİFA 2018-ci ilin 1 iyun – 1 sentyabr tarixləri aralığında futbol klublarının transferlərə nə qədər maliyyə vəsaiti xərclədiyinə dair hesabatı açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, dünya futbol qurumundan verilən açıqlamada klubların bu yay bütövlükdə 5,44 milyard dollar xərclədiyi bildirilir. Bu isə dünya futbolunda yeni bir rekord deməkdi.
Məlumata görə, bu yay dünya klubları bütövlükdə 8401 transfer həyata keçirib. Onların 59,1 faizi azad agent statusu daşıyan oyunçular olub. 15,7 faiz transfer hüququ ilə birlikdə alınan futbolçulardı. 13,8 faiz keçid icarə əsasında baş tutub. Yerdə qalan 11,4 faizi isə icarə müddəti bitdikdən sonra geri qayıdanlar təşkil edir.
Bu transferlərin hamısına bütövlükdə 5,44 milyard dollar vəsait xərclənib. Futbolun ən böyük beş ölkəsi – Almaniya, İngiltərə, İspaniya, İtaliya və Fransa klubları transferlərinə 4,21 milyard pul sərf edib (77,5 faiz).
Əvvəlki mövsümlərdə olduğu kimi, bu yay da transferlərə ən çox İngiltərə klubları pul xərcləyib – 1,44 milyard dollar.