Dünya futbolu
Ronaldonun formada qalmasının sirri açıqladı
33 yaşı olmasına baxmayaraq, Kriştiano Ronaldonun hələ də ideal…
33 yaşı olmasına baxmayaraq, Kriştiano Ronaldonun hələ də ideal formasını qoruyub-saxlaması təəccüb doğurur.
Futbolinfo.az xəbər verir ki, Ronaldonun durumuna nəzarət edən “Yuventus”un həkimləri bunun səbəbini açıqlayıblar.
Onlar Ronaldonun fiziki formasının qorumasını əsasən 3 amillə əlaqələndirirlər: Düzgün məşq, düzgün qidalanma və düzgün istirahət.
Həkimlər bildiriblər ki, Ronaldo ilə digər futbolçular arasındakı fərq işə sədaqət, bağlılıqdı.
Ronaldo “Yuventus”a bu yay "Real"dan keçib və 4 illik müqavilə bağlayıb.