Ölkə futbolu
ÇL: “Qalatasaray”dan darmadağın, “Liverpul”dan qələbə
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsin…
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İstanbulda “Lokomotiv”i (Moskva) qəbul edib. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.
Çempionlar Liqasının son finalçısı "Liverpul" PSJ ilə üz-üzə gəlib. Beş qolun vurulduğu oyunda İngiltərə təmsilçisi çətinliklə də olsa, qələbə qazanmağı bacarıb.
“İnter” – “Tottenhem” görüşü də günün maraqla gözlənilən oyunlarından biri idi. Milan təmsilçisi son dəqiqələrdə vurulan qollar sayəsində əzmkar qələbə qazanıb. "Barselona" doğma meydanda PSV-yə 4 cavabsız qolla qalib gəlib.
UEFA Çempionlar Liqası
18 sentyabr
A qrupu
Monako (Fransa) – Atletiko (Madrid, İspaniya) 1:2
Qol: Qrandsir, 18 – D.Kosta, 32. Ximenes, 45.
Brügge (Belçika) – Borussiya (Dortmund, Almaniya) 0:1
Qol: Pulisiç. 85.
B qrupu
İnter (İtaliya) – Tottenhem (İngiltərə) 2:1
Qol: İkardi, 86. Vesino, 90 – Eriksen, 53.
Barselona (İspaniya) – PSV (Eyndhoven, Hollandiya) 4:0
Qol: Messi, 32; 77; 87. Dembele, 75.
C qrupu
Srvena Zvezda (Serbiya) – Napoli (İtaliya) 0:0
Liverpul (İngiltərə) – PSJ (Fransa) 3:2
Qol: Starric, 30. Milner, 36-pen. Firmino, 90 – Munye, 40. Mbappe, 83.
D qrupu
Şalke (Almaniya) – Portu (Portuqaliya) 1:1
Qol: Embolo, 64 – Otavio, 75-pen.
Qalatasaray (Türkiyə) – Lokomotiv (Moskva, Rusiya) 3:0
Qol: Q.Rodriqes, 9. E.Derdiyok, 67. S.İnan, 90-pen.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Premyer-liqa2024-05-11 18:55
“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var
- Digər idman növləri2024-05-11 15:30
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər