Premyer-liqa
“Qarabağ” Lissabona yola düşdü – FOTOLAR
Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk…
Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk matçını Portuqaliyanın “Sportinq” klubuna qarşı keçirəcək “Qarabağ” bu gün Lissabona yola düşüb.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubu səfərə çarter reysi ilə yollanıb. Təmsilçimizi aparan təyyarə saat 19:00-da yola çıxıb və 7 saatlıq uçuşdan sonra mənzil başına çatacaq.
Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah saat 21:30-da Lissabonda media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 22:00-da qarşılaşmanın keçiriləcəyi “Joze Alvalade” stadionunda baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
Sentyabrın 20-də keçiriləcək “Sportinq” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.