Ölkə futbolu
Futbolumuzun sabahına 7 zərbə
Kiyevdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolç…
Kiyevdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 7:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Bu komandalar arasında növbəti görüş sentyabrın 20-də təşkil olunacaq. Amma elə ilk matç da futbolumuzun sabahına qiymət vermək üçün yetərlidi. Nəticə göstərir ki, ölkədə uşaq futbolunun durumu acınacaqlıdı.