Müsahibə
Baqali Dabo: “Mənim qolum onsuz da heç nəyi dəyişmirdi”
“Neftçi”nin hücumçusu Baqali Dabo futbo…
“Neftçi”nin hücumçusu Baqali Dabo futbolinfo.az saytının suallarını cavablandırıb:
– “Neftçi”nin mövsümün startından bu tərəfə çıxışı istədiyiniz kimidi?
– Düşünürəm ki, yaxşıdı. Amma bundan da yaxşı nəticə göstərə bilərdik. 10 xal normaldı. Belə də davam etməliyik. Qazanmalıyıq.
– Növbəti oyununuz “Zirə”yə qarşı olacaq…
– Qələbə qazanmağa çalışacağıq. Uğurlu seriya bu matçda da davam etməlidi. Bizim üçün hər matçda 3 xal əldə etmək mütləqdi.
– Son oyunda qol vurduğun epizod çox müzakirə olundu…
– Bəli, orada ofsayd var idi. Amma mən hakim deyiləm. Həmçinin də mənim qolum matçda heç nəyi dəyişmirdi. Hesab 1:1 olsaydı, bunu çox müzakirə etməyə dəyərdi. Hansı ki, həmin qol hesabı 2:1 edəcəkdi. Onsuz da qalib gəlirdik.
– Son mövsümdə formasını geyindiyin sabiq klubun “Qəbələ” zəifləyib. Demək olarmı ki, çempionluq yarışı “Neftçi” və “Qarabağ” arasında gedə bilər?
– “Qəbələ” ötənilkindən zəif deyil. Onlara sadəcə, zaman lazımdı ki, ötənilki qədər güclü olsunlar. Keçən mövsüm də bizim “Qəbələ”də uğursuz seriyamız olmuşdu. Görəcəyik ki, nə olacaq. Bütün komandalar mübarizə aparır. Təkcə, “Qarabağ” və “Neftçi” çempionluq üçün oynamayacaq.
– Qarşına “Neftçi”də də bombardir olmaq hədəfi qoymusan?
– Bilmirəm ki, necə olacaq. Bütün oyunlarda komandamın qələbəsi üçün oynayıram. Bombardir olsam, çox yaxşıdı. Olmasam, komandamın qələbəsi önəmlidi.
– Çempionatın getdikcə zəiflədiyini söyləmək olar?
– Düşünürəm ki, çempionat ötənilki çempionatdan daha yaxşı başlayıb. Biz hər komandadan hər şeyi gözləyə bilərik. Çünki bütün komandalar yaxşı formadadı.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları