Premyer-liqa
Tarixdə 102-ci, Premyer Liqada 62-ci
Topaz Premyer Liqasının 5-ci turu Adrian Skarlatakenin “Zirə&…
Topaz Premyer Liqasının 5-ci turu Adrian Skarlatakenin “Zirə”də debütü ilə əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, rumıniyalı müdafiəçi ötən turda da iştirak etmişdi. Lakin “Səbail”lə matçın nəticəsi (1:1) ləğv olunduğundan Adrianın debütü “Neftçi” ilə qarşılaşmada (1:2) rəsmiləşib. Skarlatake “Zirə”nin tarixinə 102-ci futbolçu kimi düşüb. O, Premyer Liqada “qartallar”ın formasını geyinən 62-ci oyunçudu.
Mərkəz müdafiəçisi klubun tarixində 2-ci rumıniyalıdı. Onadək həmyerlisi Qabriel Matey “Zirə”nin şərəfini qoruyub. Cinah müdafiəçisi 2017/18 mövsümündə çempionatda 10, UEFA Avropa Liqasında 4 dəfə meydana çıxıb.
Qeyd edək ki, cari mövsümün arxada qalan hissəsində daha 6 oyunçu “Zirə”də ilk matçını keçirib. Bunlar Dilan Duventru, İlkin Qırtımov, Miloş Radivoyeviç, Pərdis Fərcad-Azad, Budaq Nəsirov və Bilal Həmdidi.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda