Premyer-liqa
“Qarabağ”la “Zirə”nin 13-cü dueli
Sentyabrın 26-da Topaz Premyer Liqasının 1-ci turundan təxirə sal…
Sentyabrın 26-da Topaz Premyer Liqasının 1-ci turundan təxirə salınan bir oyun keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, “Zirə” səfərdə “Qarabağ”la qarşılaşacaq.
Paytaxt təmsilçisi Ağdam klubu ilə tarixində 13-cü dəfə üz-üzə gələcək. İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn komandalar indiyədək yalnız Premyer Liqada görüşüb. Əvvəlki üç mövsümdə “Qarabağ” 9 qələbə qazanıbsa, 3 matç heç-heçə başa çatıb.
Top fərqində də üstünlük Ağdam klubunun tərəfindədi – 21:4. “Zirə” səfərdəki 6 matçda 1 heç-heçə edib və 5 dəfə məğlub olub. Rəqib meydanında 1 top vuran “Zirə” 12 qol buraxıb.